"PAŞA Sığorta" I yarımilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 08 avqust, 2026
  • 17:08
PAŞA Sığorta I yarımilin maliyyə nəticələrini açıqlayıb

"PAŞA Sığorta" ASC bu ilin I yarısını 14,546 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır.

Yanvar-iyun aylarında "PAŞA Sığorta"nın gəlirləri 191,819 milyon manat (1 il əvvələ nisbətən 25,2 % çox), xərcləri 173,637 milyon manat (29,5 % çox), mənfəət vergisi ödəmələri isə 3,636 milyon manat (4,9 % az) təşkil edib.

Bu il iyulun 1-nə "PAŞA Sığorta"nın aktivləri 468,759 milyon manat olub ki, bu da illik müqayisədə 28,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 37,95 % artaraq 370,06 milyon manata, balans kapitalı isə 3,1 % artaraq 98,699 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

44 - Tezliklə