“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb

Maliyyə
  • 31 mart, 2023
  • 06:43
“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb

“PAŞA Həyat Sığorta” ASC 2022-ci ili 39,527 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 324,825 milyon manat (əvvəlki ilə nisbətən 11,3 % çox), xərcləri 273,273 milyon manat (1,9 % çox), mənfəət vergisi ödəmələri isə 12,025 milyon manat (2,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 552,464 milyon manat olub ki, bu da illik müqayisədə 40,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 44,5 % artaraq 472,687 milyon manata, balans kapitalı isə 20% artaraq 79,777 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.