“PAŞA Həyat Sığorta”nın ödənişləri 3 dəfədən çox artıb

Maliyyə
  • 16 dekabr, 2016
  • 13:17
“PAŞA Həyat Sığorta”nın ödənişləri 3 dəfədən çox artıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “PAŞA Həyat Sığorta” ASC-nin yığımları 71 456 984 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,27% çoxdur.

Hesabat dövründə “PAŞA Həyat Sığorta”nın ödənişləri də artıb. Belə ki, şirkət 11 ay ərzində 43 726 773 manat ödəniş edib və bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

2016-cı ilin yanvar-noyabr aylarında “PAŞA Həyat Sığorta” topladığı hər 100 manat sığorta haqqının 61,19 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 25,23% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

44 - Tezliklə