"PAŞA Həyat Sığorta" I yarımilin maliyyə göstəricilərini açıqlayıb
- 08 avqust, 2026
- 17:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Həyat Sığorta" ASC bu ilin I yarısını 27,671 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Həyat Sığorta"nın gəlirləri 410,327 milyon manat (24,5 % çox), xərcləri 375,214 milyon manat (26,05 % çox), mənfəət vergisi ödəmələri isə 7,442 milyon manat (0,85 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Həyat Sığorta"nın aktivləri 840,604 milyon manat olub ki, bu da illik müqayisədə 1,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % azalaraq 731,252 milyon manata, balans kapitalı isə 3,2 % azalaraq 109,352 milyon manata düşüb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.