“PAŞA Bank”ın Türkiyədəki törəməsinin xalis mənfəəti 4 dəfə artıb
- 01 mart, 2023
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2022-ci ili 203,873 milyon lirə (18,349 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 4,3 dəfə çoxdur.
Ötən il "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 454,306 milyon lirə (40,888 milyon manat, illik müqayisədə 2,1 dəfə çox), faiz xərcləri 229,979 milyon lirə (20,698 milyon manat, 2,2 dəfə çox), haqq və komissiya gəlirləri 50,434 milyon lirə (4,539 milyon manat, 4,9 dəfə çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 50,619 milyon lirə (4,556 milyon manat, 2,5 dəfə çox), digər gəlirləri 58,668 milyon lirə (5,28 milyon manat, 5,3 dəfə çox), inzibati xərcləri 56,264 milyon lirə (5,064 milyon manat, 97,8 % çox), digər xərcləri 44,112 milyon lirə (3,97 milyon manat, 78,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 17,567 milyon lirə (1,581 milyon manat, 2,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 62,232 milyon lirə (5,601 milyon manat, 3,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 6 155,855 milyon lirə (554,027 milyon manat) olub ki, bu da illik müqayisədə 72,8 % çoxdur. Bunun 3 379,137 milyon lirəsi (304,122 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 52,5 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 80,7 % artaraq 5 340,093 milyon lirəyə (480,608 milyon manat), balans kapitalı isə 34,4 % artaraq 815,762 milyon lirəyə (73,419 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (45 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,09 manat