Niderland hakimiyyət orqanları dəyəri minlərlə dollar olan nadir tısbağaları müsadirə edib
- 27 noyabr, 2026
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland hakimiyyəti Honkonqa uçan reysin sərnişininin baqajında gizlətdiyi 26 nadir Valyarta palçıq tısbağasını Sxiphol hava limanında müsadirə edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə noyabrın 27-si Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsi (NVWA) məlumat yayıb.
Kişi saxlanılıb, araşdırma davam edir.
Tısbağalar Meksikadan gətirilib. Bu növdən təbiətdə cəmi 300-ə yaxın qalıb. Onların əksəriyyəti hərəkət edə bilməsinlər deyə yapışqan lentlə sarınıb və oyuncaq maşın olan qutuya yerləşdirilib. Daha bir neçə tısbağa isə bağlı corabın içərisində aşkar edilib.
Bütün heyvanlar sağ qalıb, onlar ixtisaslaşmış heyvan xilasetmə mərkəzinə təhvil verilib. ABŞ Bioloji Müxtəliflik Mərkəzinin məlumatına görə, bu növə aid bir tısbağanın qiyməti 30 min dollara çata bilər.