“PAŞA Bank” mikromaliyyə sektoruna verdiyi kreditlərin həcmini açıqlayıb

Maliyyə
  • 06 oktyabr, 2017
  • 08:49
“PAŞA Bank” mikromaliyyə sektoruna verdiyi kreditlərin həcmini açıqlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ “PAŞA Bank” ASC fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycandakı 20 mikromaliyyə təşkilatına ümumilikdə 40 mln. manatdan çox kredit ayırıb.

“Report” xəbər verir ki, bu barədə bankın baş kommersiya inzibatçısı Melih Mengü məlumat verib.

Onun sözlərinə görə, bu kreditlər yalnız Azərbaycan manatı ilə verilib.

“Mikromaliyyə sektoruna dəstəyimiz bundan sonra da davam edəcək”, - M.Mengü qeyd edib.

44 filmi