"Paşa Bank" mənfəətini artıracaq

Maliyyə
  • 05 may, 2020
  • 10:30
Paşa Bank mənfəətini artıracaq

“Bu il üçün kredit portfelimizi 2,2 milyard manata çatdırmağı düşünürük. Ötən il bu göstərici 1,8 milyard manat təşkil edib”.

“Report” xəbər verir ki, bunu “Paşa Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımovun sözlərinə görə, Bank mənfəəti də artırmağı düşünür: “Xalis mənfəətimizi 80-85 milyon manata çatdırmağı düşünürük”.

“Paşa Bank”ın sədri nəzərə çatdırdı ki, karantindən sonra biznes fəaliyyətini bərpa edəndən sonra bankların burada çox böyük rolu olacaq: "Onlara dövriyyə vəsaiti ilə təmin etmək lazımdır".

"Ernst & Young" audit şirkəti tərəfindən təsdiq edilmiş "PAŞA Bank" qrupunun maliyyə hesabatlarına əsasən, "PAŞA Bank" qrupu 2019-cu ili 77,09 milyon manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə qrupun xalis mənfəəti 3,04 milyon manat və ya 4,1% artıb. Qrupun 2018-ci ili 74,05 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.

Ötən il "PAŞA Bank" qrupunun cəmi aktivləri 231,07 milyon manat aratarq 5,44 milyard manata çatıb. Qrupun müştərilərə verdiyi kreditlər 565,4 milyon manat artaraq 2,3 milyard manata yüksəlib.