Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
- 25 noyabr, 2026
- 17:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Tacikistan Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti döyüş əməliyyatlarının tətbiqi, modelləşdirilməsi və simulyasiyası sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfər edib.
Bu barədə "Report"a MN-dən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti MN-in bir sıra strukrur bölmələrini ziyarət edərək burada yaradılmış xidməti şəraitlə tanış olub, təcrübə mübadiləsi aparıblar. Qonaqlara nazirliyin aidiyyəti qurumları və onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Bundan başqa, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olan qonaqlara Mərkəzin fəaliyyəti, həmçinin kompüter dəstəkli komanda-qərargah təlimlərinin təşkili və keçirilməsi barədə məlumat verilib.