"PAŞA Bank"ın xüsusi ehtiyatlara ayırmaları 7 dəfə artıb
- 13 oktyabr, 2023
- 15:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 147,269 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 % çoxdur.
9 ay ərzində “PAŞA Bank”ın gəlirləri 489,801 milyon manat (illik müqayisədə 33,2 % çox), xərcləri 273,348 milyon manat (25,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 26,685 milyon manat (7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 42,499 milyon manat (16,8 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 234,064 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur. Bunun 2 milyard 642,283 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,8 % böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 6,8 % artaraq 7 milyard 461,758 milyon manata, o cümlədən depozit portfeli 7,8 % artaraq 6 milyard 593,023 milyon manata, balans kapitalı isə 24,3 % artaraq 772,306 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Bless" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.