"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 77 % artıb
- 08 may, 2024
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin yanvar-mart aylarını 106,546 milyon lirə (5,327 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 77,1 % çoxdur.
Birinci rübdə "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 125,007 milyon lirə (6,25 milyon manat, əvvəlki ilə nisbətən 61,5 % çox), mənfəət vergisi ödəmələri isə 18,461 milyon lirə (0,923 milyon manat, 6,9 % çox) təşkil edib.
Bu il aprelin 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 10 milyard 249,741 milyon lirə (512,487 milyon manat) olub ki, bu da illik müqayisədə 63,1 % çoxdur. Bunun 4 milyard 864,448 milyon lirəsi (243,222 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 39,3 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 62,8 % artaraq 8 milyard 821,086 milyon lirəyə (441,054 milyon manat), balans kapitalı isə 64,7 % artaraq 1 milyard 428,655 milyon lirəyə (71,433 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (25 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,05 manat