"PAŞA Bank"ın istiqrazlarına 65 investor maraq göstərib
- 14 avqust, 2025
- 17:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "PAŞA Bank" ASC-nin 40 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 40 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 65 investor 90,1 milyon manatlıq 74 sifariş təqdim edib, ancaq 54 investorun eyni sayda sifarişi təmin edilib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin əsas anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, anderrayterləri "Unicapital İnvestisiya Şirkəti" və "CPM-Invest İnvestisiya Şirkəti" ASC-lərdir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.