“PAŞA Bank”ın Gürcüstandakı törəməsi mənfəətlə işləməyə başlayıb

Maliyyə
  • 28 aprel, 2023
  • 09:27
“PAŞA Bank”ın Gürcüstandakı törəməsi mənfəətlə işləməyə başlayıb

“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi (“PAŞA Bank Gürcüstan”) bu ilin I rübünü 188 min lari (128 min manat) mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,361 milyon lari (925 min manat) zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında “PAŞA Bank Gürcüstan”ın əməliyyat gəlirləri 16,474 milyon lari (11,202 milyon manat, illik müqayisədə 55,4 % çox), əməliyyat xərcləri 14,547 milyon lari (9,892 milyon manat, 26,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,739 milyon lari (1,183 milyon manat, 3,6 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “PAŞA Bank Gürcüstan”ın aktivləri 515,894 milyon lari (350,808 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 % çoxdur. Bunun 314,412 milyon larisi (213,8 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,2 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank Gürcüstan”ın öhdəlikləri 12,2 % artaraq 421,974 milyon lariyə (286,942 milyon manat), o cümlədən depozit portfeli 33,3 % artaraq 290,773 milyon lariyə (197,726 milyon manat) çatıb, balans kapitalı isə 0,6 % azalaraq 93,92 milyon lariyə (63,866 milyon manat) düşüb.

1 lari = 0,68 manat