"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 04 noyabr, 2024
  • 07:33
PAŞA Bankın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarını 6,166 milyon lari (3,823 milyon manat) mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilni eyni dövründən 1,093 milyon lari (678 min manat) zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il oktyabrın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 611,986 milyon lari (379,431 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 26,2 % çoxdur. Bunun 342,771 milyon larisi (212,518 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,1 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 31,4 % artaraq 493,508 milyon lariyə (305,975 milyon manat), o cümlədən depozit portfeli 36,5 % artaraq 431,014 milyon lariyə (267,229 milyon manat), balans kapitalı isə 8,2 % artaraq 118,478 milyon lariyə (73,456 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (84,816 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,62 manat

44 - Tezliklə