"PAŞA Bank"ın depozit portfeli 1 % azalıb
- 15 yanvar, 2024
- 06:37
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC 2023-cü ili 199,209 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 33,3 % çoxdur.
Ötən il “PAŞA Bank”ın gəlirləri 669,696 milyon manat (əvvəlki illə müqayisədə 34,5 % çox), xərcləri 364,768 milyon manat (28,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 48,712 milyon manat (3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 57,008 milyon manat (15,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 651,371 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. Bunun 2 milyard 744,92 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,8 % böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 0,5 % azalaraq 7 milyard 814,178 milyon manata, o cümlədən depozit portfeli 1 % azalaraq 6 milyard 935,175 milyon manata düşüb, balans kapitalı isə 26,3 % artaraq 837,192 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Bless" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.