"Para" BOKT-un aktivləri 14 % azalıb

Maliyyə
  • 05 iyun, 2024
  • 06:29
Para BOKT-un aktivləri 14 % azalıb

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,042 milyon manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 42,9 % azdır.

Bu il yanvarın 1-nə "Para"nın aktivləri 21,109 milyon manat olub ki, bu da illik müqayisədə 14,4 % azdır. Bunun 12,134 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 17,9 % kiçilib.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 6 % azalaraq 39,044 milyon manata düşüb, balans kapitalının çatışmazlığı isə 6,2 % artaraq 17,935 milyon manata çatıb.

Xatırladaq ki, "Para" 2016-cı ildə lisenziyası ləğv olunmuş "Parabank" ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 29,266 milyon manatdır. BOKT-un səhmlərinin 19%-i Eldar Quliyevə, 16% Alevtina Quliyevaya, 13%-i Tamilla Hacıyevaya, 12%-i Vəli Quliyevə, 11%-i Elnur Quliyevə, 8%-i Fərman Quliyevə, 6%-i Əşrəf Səfərova, 6%-i Faiq Səfərova, 4%-i Rasim Poladova. 2%-i İbrahim Səfərova, 2%-i Əvəz Səfərliyə, 2%-i isə digər şəxslərə məxsusdur.