"Barselona" və "Real" Qabrielin transferi ilə bağlı danışıqlara başlayıblar

Futbol
  • 19 sentyabr, 2026
  • 13:33
Barselona və Real Qabrielin transferi ilə bağlı danışıqlara başlayıblar

"Barselona" və "Real" İngiltərənin "Mançester Yunayted" klubunun 15 yaşlı futbolçusu Cey-Cey Qabrielin transferi ilə bağlı danışıqlara başlayıblar.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, İspaniya təmsilçiləri danışıqlarda artıq irəliləyiş əldə ediblər.

Hücumçu özü də "qırmızı şeytanlar"dan ayrılmaq qərarına gəlib. Lakin Qabrielin bu iki klubdan hansına üstünlük verdiyi hələlik məlum deyil.

"Mançester Yunayted" isə istedadlı futbolçunu itirmək istəmir və onu klubda saxlamağa çalışır.

Xatırladaq ki, Cey-Cey Qabriel Premyer Liqa təmsilçisinin aşağı yaş qruplarında çıxış edir.

44 - Tezliklə