Ötən il dövlət əsaslı vəsait qoyuluşlarının 83 %-i keçid layihələrə xərclənib

Maliyyə
  • 23 may, 2023
  • 12:54
Ötən il dövlət əsaslı vəsait qoyuluşlarının 83 %-i keçid layihələrə xərclənib

Ötən il Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bölgüsünə daxil edilmiş 507 layihədən 332-si keçid, 175-i isə yeni layihələr olub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.

Bu layihələrin icrasına müvafiq olaraq 2 milyard 708,5 milyon manat (82,6 %) və 571,9 milyon manat (17,4 %) vəsait yönəldilib.

44 filmi