"Optimal Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 may, 2025
  • 13:35
Optimal Finance BOKT maliyyə vəziyyətini açıqlayıb

"Optimal Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 25,2 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 472 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə "Optimal Finance"ın aktivləri 1,229 milyon manat olub ki, bu da illik müqayisədə 49,5 % azdır. Bunun 1,183 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-nin kredit portfeli 45,3 % böyüyüb.

Hesabat dövründə "Optimal Finance"ın öhdəlikləri 87,2 % azalaraq 181 min manata düşüb, balans kapitalı isə 2,5 % artaraq 1,048 milyon manata çatıb.

Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri 70 % payla "CFI Financial Investisiya Şirkəti" QSC, 15 % payla Elçin Əsgərli, 9 % payla Fərid Eynullayev və 6 % payla Yusif İbrahimovdur.