“Omni Finance” BOKT-nin aktivləri 1% azalıb

Maliyyə
  • 15 iyun, 2019
  • 11:19
“Omni Finance” BOKT-nin aktivləri 1% azalıb

“Omni Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 0,7% azalaraq bu il yanvarın 1-nə 2,914 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Omni Finance”ın müştərilərə verdiyi xalis kreditlər 0,3% azalaraq 2,105 milyon manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri dəyişməyərək 2,858 milyon manat qalıb, cəmi kapitalı isə 25,3% azalaraq 56 min manat olub.

“Omni Finance” 2018-ci ili 19 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən eynidir.