Nurullah Bakır: "Yaşıl maliyyə" alətləri bankçılıqda yeni mərhələ yaradır"
- 09 iyun, 2026
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yaşıl maliyyə" alətləri bankçılıqda yeni mərhələ yaradır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır bildirib.
Onun sözlərinə görə, maliyyə sektorunun gələcəyi formalaşarkən, xüsusilə vurğulanmalı olan digər mühüm istiqamət dayanıqlılıq anlayışı və iqlim mənşəli risklərin idarə edilməsidir: "Bu məsələnin getdikcə daha böyük əhəmiyyət qazandığını biz artıq gündəlik həyatımızda da aydın şəkildə müşahidə edirik. Yeni nəsil investisiyalar qiymətləndirilərkən ekoloji və sosial kriteriyalar daha çox nəzərə alınır. "Yaşıl maliyyə" alətləri isə bank sektorunun iqlim dəyişikliyi ilə mübarizədə üzərinə götürdüyü rolu daha da konkretləşdirir".
Baş katib əlavə edib ki, yaşıl maliyyələşmə, dayanıqlılıq üzrə hesabatlılıq və iqlim risklərinin idarə edilməsi kimi sahələrdə beynəlxalq standartlara uyğun addımlar atılır: "Bakıda uğurla təşkil edilən mühüm tədbir – COP29-dan sonra, bu il COP31 forumu noyabr ayında Antalyada keçiriləcək. Bu tədbirin qeyd olunan hədəflərə çox ciddi töhfə verəcəyinə ürəkdən inanırıq".