“Azərkosmos” bu il 24 ölkədən 24 mln. dollar gəlir əldə edib
Maliyyə
- 27 dekabr, 2018
- 11:32
Bakı. 27 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayına istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. 2018-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2018-ci ilin 11 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
Son xəbərlər
10:06
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Biznes10:06
Dövlət Miqrasiya Xidməti qulluğa qəbul üzrə müsabiqə elan edib
Daxili siyasət10:04
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
Biznes10:03
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Region10:03
Azərbaycana turist axını 8%-ə yaxın azalıb
Turizm10:01
Foto
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
Ekologiya09:59
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edilib
Region09:49
Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində nasazlıq baş verib
Digər ölkələr09:36