Güclü külək Bakıda fəsadlar törədib

Hadisə
  • 09 noyabr, 2026
  • 13:17
Güclü külək Bakıda fəsadlar törədib

Güclü külək Bakıda fəsadlar törədib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə paytaxtın Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, küləyin təsiri nəticəsində iri gövdəli ağac aşıb. Ağac yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə düşüb. Hadisə zamanı ərazidən keçən qaz xətti də zədələnib.

Aidiyyəti qurumların əməkdaşlarının hadisə yerinə cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.