Niderland Azərbaycana birbaşa investisiya qoyuluşunu 3 dəfə artırıb

Maliyyə
  • 16 sentyabr, 2026
  • 19:56
Niderland Azərbaycana birbaşa investisiya qoyuluşunu 3 dəfə artırıb

Bu ilin I yarısında Niderlandın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 60,1 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə və yaxud 40,3 milyon ABŞ dolları çoxdur.

Yanvar-iyun aylarında Azərbaycaa birbaşa xarici investisiyalarıa Niderlandın payı 1,6 % olub.

Hesabat dövründə Azərbaycan isə Niderland iqtisadiyyatına 11,05 milyon ABŞ dolları yönəldib (il ərzində 6 dəfə artım), bu yatırımların ölkənin ümumi xarici investisiyalarındakı payı isə 0,2 % təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,666 milyard ABŞ dolları təşkil edib (il ərzində 13,8 % artımla), Azərbaycan isə xaricə 5 milyard ABŞ dolları investisiya yatırıb (3,7 dəfə artımla).

44 - Tezliklə