Naxçıvanda vergi daxilolmaları 11 % artıb

Maliyyə
  • 11 noyabr, 2026
  • 11:57
Naxçıvanda vergi daxilolmaları 11 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 231,7 milyon manat vergi daxil olub.

"Report"un yerli bürosu quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,9 % çoxdur.

Ötən 9 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 174,9 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 18,5 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 2 % artaraq 3,8 milyon manat olub.