Naxçıvanda orta aylıq əməkhaqqı 7 %-ə yaxın artıb

Maliyyə
  • 16 may, 2025
  • 16:08
Naxçıvanda orta aylıq əməkhaqqı 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının orta aylıq nominal əməkhaqqı 817,8 manat olub.

Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % çoxdur.

44 - Tezliklə