Naxçıvanda orta aylıq əməkhaqqı 19% artıb

Maliyyə
  • 11 iyun, 2020
  • 12:05
Naxçıvanda orta aylıq əməkhaqqı 19% artıb
Report

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-də bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 519,9 manat olub.

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.