Naxçıvanda nağdsız ödənişlərin məbləği noyabrda 4 dəfə artıb
- 13 yanvar, 2024
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatların məbləği 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə artaraq – 64,087 milyon manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
2023-cü il dekabrın 1-nə Naxçıvanda ödəniş kartlarının sayı 273,447 min ədəd təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 1,7 % az, ötən ilin əvvəlinə nisbətən 20 %, 2022-ci il dekabrın 1-i ilə müqayisədə isə 12,4 % çoxdur.
Hesabat dövründə regionda bankomatların sayı 9,9 %, POS-terminalların sayı isə 14,2 % artaraq müvafiq olaraq 133 ədəd (Naxçıvan şəhəri üzrə 72 ədəd) və 2 059 ədəd (Naxçıvan şəhəri üzrə 1 081 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.