“Nas Project” BOKT ötən ili zərərlə başa vurub

Maliyyə
  • 12 may, 2022
  • 13:53
“Nas Project” BOKT ötən ili zərərlə başa vurub

“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 30 min manat zərərlə başa vurub.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “Nas Project”in aktivləri 1,573 milyon manat olub. Bunun 1,477 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə BOKT-un öhdəlikləri 1,303 milyon manat, balans kapitalı isə 270 min manat təşkil edib.

Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100% Məhəmməd Quliyevdir.