Azərbaycanlı futbol hakimləri UEFA-nın yay kursunu uğurla başa vurublar

Futbol
  • 03 sentyabr, 2026
  • 22:42
Azərbaycanlı futbol hakimləri UEFA-nın yay kursunu uğurla başa vurublar

Azərbaycanlı futbol hakimləri İsveçrənin Cenevrə şəhərində UEFA tərəfindən 2026/2027 mövsümü üçün təşkil olunan yay kursunu uğurla başa vurublar.

AFFA-dan "Report"a verilən məlumata görə, avqustun 31-dən sentyabrın 2-dək təşkil olunan kursda UEFA-nın elit və I kateqoriyalı referiləri iştirak ediblər.

Təlimin əsas məqsədləri ötən mövsümün təcrübəsinin nəzərdən keçirilməsi, yeni mövsüm üçün əsas məqam və tələblərin diqqətə çatdırılması, eləcə də hakimlərin fiziki hazırlıq səviyyəsinin yoxlanılması olub.