"Moody's" yaxın 1,5 ildə ABB-nin likvidliyinin yüksək qalacağını gözləyir
- 09 avqust, 2022
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) əsas kredit reytinqini (BCA) "b2"dən "b1"ə, uzunmüddətli depozit reytinqini isə "B1"dən "Ba3"ə yüksəldib.
"Report" xəbər verir ki, bu barədə "Moody's"in məlumatında deyilir.
Bu reytinqlər, agentliyin Azərbaycan bankları üçün əməliyyat mühitinin 12-18 ay ərzində yaxşılaşacağına dair fikirlərini əks etdirir, bunu isə Azərbaycanın suveren reytinqinin yüksəldilməsi sübut edir.
"Bankın BCA reytinqinin “b2"dən "b1"ə yüksəldilməsi ABB-nin kredit portfelinin güclü göstəriciləri, eləcə də onun yüksək gəlirlilik və kapital adekvatlığını əks etdirir", - məlumatda deyilir.
Bankın yerli və xarici valyutada uzunmüddətli bank depozit reytinqlərinin "B1"dən "Ba3"ə yüksəldilməsi həm bankın kredit qabiliyyətinin yaxşılaşması, həm də "Moody's"in Azərbaycan hökumətindən banka yüksək dəstək gözlədiyini əks etdirir.
"ABB-nin aktivlərinin keyfiyyəti pandemiyanın yaratdığı iqtisadi böhrandan ən çox zərər çəkən sektor və seqmentlərdəki təvazökar iştirakı ilə yaxşılaşmağa davam edir", - "Moody's" hesab edir.
Bankın ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 2021-ci ilin sonunda 4,2 %-ə qədər azalıb və reytinq agentliyi 2021-ci ildə yüksək kredit artımı səbəbindən onun bir qədər pisləşəcəyini gözləsə də, bu pisləşmə məhdud olacaq.
"Moody's", ABB-nin maddi adi kapitalın (TCE) riskli aktivlərə (RWA) nisbəti ilə ölçülən kapital adekvatlılığını 2021-ci ilin sonunda 31 % səviyyəsində təxmin edir və bu kapital yastığını, ehtiyatlardan əvvəl gəlirlə birlikdə daha yüksək kedit itkiləri mənimsəmək üçün kifayət qədər güclü hesab edir.
"Bankın gəlirliliyi 2021-ci ilin sonunda 48 % məsrəf-gəlir nisbətinin yüksək səmərəliliyi ilə dəstəklənir.
ABB həmçinin 2021-ci ilin sonunda 68 % olan likvid bank aktivlərinin maddi bank aktivlərinə nisbəti ilə böyük həcmdə likvid aktivlərə və bazar fondlarından aşağı asılılığa malikdir.
Biz yaxın 12-18 ay ərzində bankın likvidliyinin güclü qalacağını gözləyirik”, - “Moody's” bildirib.