“Moody`s” agentliyi "ABB-Moskva” bankının reytinqini yüksəldib
- 29 avqust, 2014
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 avqust. REPORT.AZ/ “Moody’s Interfax Rating Agency” agentliyi "ABB-Moskva” bankının milli şkala üzrə reytinqini "Ваа3"-dən "Baa2" səviyyəsinədək artırıb. Bu barədə “Reporta” Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.
Agentlik həmçinin "ABB-Moskva” bankının (Azərbaycan Beynəlxalq Bankının törəməsi, ABB) beynəlxalq şkala üzrə reytinq proqnozunu "B3 Sabit”dən "B3 Pozitiv”ə dəyişib.
“Moody’s” qeyd edir ki, ABB iyul ayında "ABB-Moskva” bankının nizamnamə kapitalına 1,25 mlrd. rubl məbləğində əlavə vəsait daxil edib, bu isə son 5 il ərzində ən mühüm hadisədir.
Həmçinin qeyd olunur ki, son illər "ABB-Moskva” aktivlərin keyfiyyətini yaxşılaşdırıb, öz istiqrazlarının buraxılışı hesabına əsas bankdan asılılığını xeyli azaldıb, bununla belə fondlaşma mənbələrinin gələcək diversifikasiyası strategiyanın əsas hədəflərindəndir.