“Monetri” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 02 iyun, 2025
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
“Monetri” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 4,029 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2023-cü illə müqayisədə 2,4 dəfə çoxdur.
Ötən il “Monetri”nin vergiyəqədərki mənfəəti 5,036 milyon manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,007 milyon manat (2,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Monetri”nin aktivləri 24,13 milyon manat olub ki, bu da illik müqayisədə 36,5 % çoxdur. Bunun 9,011 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 43,2 % böyüyüb.
Hesabat dövründə “Monetri”nin öhdəlikləri 2,1 dəfə artaraq 4,978 milyon manata, balans kapitalı isə 25,4 % artaraq 19,152 milyon manata çatıb.
Xatırladaq ki, "Monetri" 2013-cü ildən fəaliyyət göstərən "PSG Finans" BOKT-un bazasında 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.