“MJ Financial Services” BOKT-un xalis mənfəəti 3 dəfəyə yaxın artıb

Maliyyə
  • 17 mart, 2023
  • 13:25
“MJ Financial Services” BOKT-un xalis mənfəəti 3 dəfəyə yaxın artıb

“MJ Financial Services” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 2,335 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,6 dəfə çoxdur.

Ötən il “MJ Financial Services”in vergiyəqədərki mənfəəti 2,919 milyon manat (əvvəlki ilə nisbətən 2,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 584 min manat (2,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “MJ Financial Services”in aktivləri 13,227 milyon manat olub ki, bu da illik müqayisədə 28,5 % çoxdur. Bunun 12,468 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 22,6 % böyüyüb.

Hesabat dövründə “MJ Financial Services”in öhdəlikləri 14,7% artaraq 10,585 milyon manata, balans kapitalı isə 2,5 dəfə artaraq 2,643 milyon manata çatıb.

Xatırladaq ki, “MJ Financial Services” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).

44 - Tezliklə