“MJ Financial Services” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 02 iyun, 2025
  • 13:51
“MJ Financial Services” BOKT maliyyə vəziyyətini açıqlayıb

“MJ Financial Services” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 4,261 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 65,4 % çoxdur.

Ötən il “MJ Financial Services”in vergiyəqədərki mənfəəti 4,598 milyon manat (əvvəlki ilə nisbətən 97,6 % çox), mənfəət vergisi ödəmələri isə 337 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “MJ Financial Services”in aktivləri 15,477 milyon manat olub ki, bu da illik müqayisədə 19,5 % çoxdur. Bunun 14,722 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 18,8 % böyüyüb.

Hesabat dövründə “MJ Financial Services”in öhdəlikləri 18,8 % azalaraq 7,374 milyon manata düşüb, balans kapitalı isə 2,1 dəfə artaraq 8,103 milyon manata çatıb.

Xatırladaq ki, “MJ Financial Services” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).