“Merkuri” BOKT-un xalis mənfəəti 8% artıb
- 31 may, 2022
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Merkuri” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 71 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-cu illə müqayisədə 7,6 % çoxdur.
Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 86 min manat (əvvəlki ilə nisbətən 3,6% çox), mənfəət vergisi ödəmələri isə 15 min manat (11,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 3,845 milyon manat olub ki, bu da illik müqayisədə 8,2% çoxdur. Bunun 3,203 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 21,7 % böyüyüb.
Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 11,5 % artaraq 3,072 milyon manata çatıb, balans kapitalı isə 3,4 % azalaraq 773 min manata düşüb.
Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.