“Merkuri” BOKT-un öhdəlikləri 37 % artıb
- 31 may, 2024
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Merkuri” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 225 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,75 dəfə çoxdur.
Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 260 min manat (əvvəlki ilə nisbətən 3,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 35 min manat (2,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 7,624 milyon manat olub ki, bu da illik müqayisədə 33,2 % çoxdur. Bunun 6,762 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 34,5 % böyüyüb.
Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 37 % artaraq 6,916 milyon manata, balans kapitalı isə 4,7 % artaraq 708 min manata çatıb.
Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.