Mərkəzi Bank Neft Fondundan 40 mln. dollar alıb

Maliyyə
  • 03 may, 2016
  • 07:41
Mərkəzi Bank Neft Fondundan 40 mln. dollar alıb

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

"Report"a Fonddan verilən məlumata görə, bu vəsaitdən 5,6 mln. dollar məbləğində vəsait 7 kommersiya bankına və 40 mln. dollar Azərbaycan Mərkəzi Bankına satılıb.

Nəticədə, hərraca çıxarılan valyuta kütləsinin 91,2%-i satılıb.