AMB "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Maliyyə
  • 31 oktyabr, 2025
  • 17:55
AMB Monetri BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Monetri" BOKT MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, "Monetri"də aparılmış cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.