Mərkəzi Bank 7 banka 113 mln. dollar satıb

Maliyyə
  • 28 yanvar, 2016
  • 12:01
Mərkəzi Bank 7 banka 113 mln. dollar satıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. Nəticədə AMB tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.