MDB-nin statistik göstəriciləri Dünya Bankına təqdim olunacaq
- 24 sentyabr, 2025
- 17:00

MDB regionun statistik göstəriciləri gələn ilin IV rübündə Beynəlxalq Müqayisələr Proqramına daxil edilmək üçün Dünya Bankına təqdim olunacaq.
"Report" xəbər verir ki, bunu MDB-nin Statistika Komitəsinin sədrinin müavini Andrey Kosarev Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.
O qeyd edib ki, bu məlumatlara valyutaların pariteti də daxildir: "Bu paritet məlumatlarının iqtisadi analiz vəziyyətində tətbiq edilir. Məsələn, 2021-ci ilin məlumatlarına görə ölkələrin dünya ÜDM-indəki payına nəzər salmış olsaq ilk onluğa daxil olan yalnız 3 ölkənin qlobal ÜDM-dəki payı əvvəlki dövr olan 2017-ci illə müqayisədə artıb. Söhbət Çin, Hindistan və Rusiyadan gedir. Digər ölkələr - ABŞ, Yaponiya, Almaniya, Braziliya, Fransa, Böyük Britaniya, İndoneziyanın payı isə azalıb. Eyni dövr ərzində MDB ölkələri dünya ÜDM-indəki paylarını artırıblar. Ölkə birliklərinin, 2011, 2017 və 2021-ci illərin müqayisələr proqramı dövrlərində dünya ÜDM-dəki payına baxsaq, MDB-nin payı 2011-dən 2021-ə qədər 4,3 %-dən 4,8 %-ə qədər artıb. Həmin dövrdə, 7-liyin payı davamlı olaraq azalıb, BRICS-in payı isə davamlı artıb".
Qonağın sözlərinə görə, ÜDM-dən başqa həyat səviyyəsini xarakterizə edən çox mühüm makroiqtisadi göstərici ev təsərrüfatlarının adambaşına düşən faktiki son istehlakıdır: "Həmin dörd ölkə birləşməsi: MDB, BRICS-5, Yeddilik və Avropa İttifaqı. Onlar üçün də görünür ki, adambaşına düşən faktiki son istehlak 2017-dən 2021-ci ilə qədər artıb".