“MCB Lizinq"in aktivləri 4% artıb

Maliyyə
  • 03 avqust, 2019
  • 11:42
“MCB Lizinqin aktivləri 4% artıb

“MCB Lizinq” QSC-nin cəmi aktivləri illik müqayisədə 4,1% artaraq 8,575 milyon manat təşkil edib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “MCB Lizinq”in maliyyə lizinqi üzrə xalis investisiyaları isə 23,1% artaraq 8,271 milyon manata çatıb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 0,8% artaraq 5,168 milyon manat, cəmi kapitalı isə 9,7% artaraq 3,407 milyon manata çatıb.

“MCB Lizinq” 2018-ci ili 505 min manat mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 20,35% azdır.

"MCB Lizinq" 2009-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 284 675 manatdır. Şirkətin təsisçiləri 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

"MCB Lizinq" bu ilin aprel ayında bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası onun BOKT lisenziyası almaqla bağlı müraciətini nəzərdən keçirir.

44 - Tezliklə