"MCB" BOKT-un xalis mənfəəti 10 % artıb
- 23 may, 2023
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 725 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 10 % çoxdur.
Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 917 min manat (əvvəlki ilə nisbətən 11,2 % çox), mənfəət vergisi ödəmələri isə 192 min manat (15,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə MCB-nin aktivləri 18,764 milyon manat olub ki, bu da illik müqayisədə 38,6 % çoxdur. Bunun 17,394 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 40,1 % böyüyüb.
Hesabat dövründə MCB-nin öhdəlikləri 53,9 % artaraq 12,859 milyon manata, balans kapitalı isə 14 % artaraq 5,905 milyon manata çatıb.
Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.