MCB BOKT maliyyə vəziyyətini açıqlayıb
- 27 may, 2025
- 11:47
MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,667 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 52,1 % çoxdur.
Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 2,088 milyon manat (əvvəlki ilə nisbətən 53 % çox), mənfəət vergisi ödəmələri isə 421 min manat (57,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə MCB-nin aktivləri 34,077 milyon manat olub ki, bu da illik müqayisədə 37 % çoxdur. Bunun 33,314 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 37,8 % böyüyüb.
Hesabat dövründə MCB-nin öhdəlikləri 42,2 % artaraq 25,409 milyon manata, balans kapitalı isə 23,8 % artaraq 8,668 milyon manata çatıb.
Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.