​Maliyyə Nazirliyi yeni istiqraz emissiyasına hazırlaşır

Maliyyə
  • 20 iyun, 2016
  • 05:56
​Maliyyə Nazirliyi yeni istiqraz emissiyasına hazırlaşır

Bakı. 20 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yeni emissiyasının prospektini dövlət qeydiyyatına alıb.

Palatadan "Report"a verilən məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 4 mln. ədəd istiqrazdan gedir. Emissiyanın nominal üzrə ümumi həcmi 400 mln. manat təşkil edir.

Qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.

44 filmi