Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb

Maliyyə
  • 13 noyabr, 2026
  • 14:54
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi 114 hüquqi akt layihəsi hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bu sənədlərin 90-ı təsdiqlənib.

Hesabat dövründə hazırlanan hüquqi akt layihəsinin 20-si qanun, 27-si Prezidentin fərmanı, 22-si Nazirlər Kabinetinin qərarı, 41-i Nazirlər Kabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarı olub.

Həmçinin hesabat dövründə nazirliyə digər qurumlardan 1 148 hüquqi akt layihəsi daxil olub, 856 layihəyə rəy verilib, 292 layihəni nazirliyin rəhbərliyi vizalayıb, bundan başqa, qurumun əsas fəaliyyəti üzrə 534 daxili əmri imzalayıb.

44 filmi