Maliyyə Nazirliyi 2026-cı ilin ilkin büdcə göstəricilərinə dair açıqlama yayıb
- 16 sentyabr, 2025
- 01:13

Maliyyə Nazirliyi sentyabrın 15-də dövlət maliyyə idarəolunması sahəsində fiskal diaqnostika aləti hesab olunan "Açıq Büdcə Sorğusu" metodologiyasına uyğun olaraq "2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədi hazırlayaraq internet səhifəsində yerləşdirib.
"Report"un xəbərinə görə, sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair nazirliyin baxışlarını əks etdirir.
Büdcə prosesinin növbəti mərhələlərində "2026-cı il üçün dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənə qədər qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.
"2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" və sənədin əlavələri ilə bu linkdən tanış olmaq mümkündür.
Maliyyə Nazirliyi ilkin büdcə göstəricilərinə dair açıqlamanı 2019-cu ildən bəri yayır.