“M Bulak” BOKT ötən ili mənfəətlə başa vurub
- 27 aprel, 2022
- 05:37
Yeniliklərdən dərhal xəbərdar olun!
“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 3,089 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 309 min manat xalis zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “M Bulak”ın vergiyəqədərki mənfəəti 3,78 milyon manat (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 691 min manat (52,2% az) təşkil edib.
Bu il yanvarın 1-nə “M Bulak”ın aktivləri 16,518 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,5 % çoxdur. Bunun 13,787 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 14,6% böyüyüb.
Hesabat dövründə “M Bulak”ın öhdəlikləri 93,3% və yaxud 14,8 dəfə azalaraq 140 min manata düşüb, balans kapitalı isə 23,2 % artaraq 16,378 milyon manata çatıb.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçiləri Qırğızıstan vətəndaşları 95,92% payla Aleksey Kokarev və 4,07% payla Babirjan Tolbayevdir.