"Legion Financial" yeni səhmdar cəlb edib

Maliyyə
  • 23 avqust, 2024
  • 08:26
Legion Financial yeni səhmdar cəlb edib

"Legion Financial" ASC-nin səhmdarlarının sayı 4-dən 5-ə çatıb.

"Report" xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 795 min manat və yaxud 34 % artırılaraq 2,34 milyon manatdan 3,135 milyon manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 100 manat olan 7 950 yeni səhmi mövcud səhmdarlardan Rahim Süleymanlı, Rövşən Sultanov və Böyükağa Məmmədov, eləcə də yeni səhmdar əldə edib. Əsas səhmdar Turan İsmaylov kapital artımında iştirak etməyib. Son nəticədə onun payı 59,6 %-dən 44,5 %-ə düşüb, R.Süleymanlının payı 23,9 %-dən 31,9 %-ə, R.Sultanovun payı 10,7 %-dən 11,8 %-ə qalxıb, Böyükağa Məmmədov və yeni səhmdar isə ümumilikdə 11,8 % paya malik olub.

Xatırladaq ki, “Legion Financial” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.