Ermənistanda hərbi hissənin ərazisində hərbçinin meyiti aşkarlanıb

Region
  • 24 avqust, 2026
  • 16:04
Ermənistanda hərbi hissənin ərazisində hərbçinin meyiti aşkarlanıb

Sisianda (Ermənistan) hərbi hissənin ərazisində hərbçinin meyiti aşkarlanıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, ilkin versiyaya əsasən, əsgər intihar edib.

Lakin hadisənin təfərrüatları hələ də məlum deyil. Hadisə ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Hərbçinin çənə sümüyünə iki dəfə atəş açması nəticəsində öldüyü bildirilir.